Ehtiyat hissələri

Ehtiyat hissələri

PEUGEOT SERVİS ehtiyac və büdcənizə uyğun çeşidli ehtiyat hissələri seçimləri təklif edir.

ORİJİNAL EHTİYAT HİSSƏLƏRİ

2322

ORİJİNAL KEYFİYYƏT, STANDART OLARAQ KÖNÜL RAHATLIĞI

Peugeot orijinal ehiyat hissələri marka mütəxəssisliyini yansıdır və Peugeot avtomobilinizin texniki xüsusiyyətlərinə uyğun olacaq şəkildə dizayn edilmişdir. Çoxsaylı testlərdən keçirilən Peugeot orijinal ehtiyat hissələri möhkəm və keyfiyyətli quruluşları ilə avtomobilinizi nasazlıqdan qoruyur və onu könül rahatlığı ilə uzun müddət idarə etməyinizə şərait yaradır.  

Peugeot orijinal ehtiyat hissələri avtomobilinizin ömrünü uzadır. Yan sənaye adlandırılan ucuz, təqlid edilmiş ehtiyat hissələri görünüş olaraq original ehtiyat hissələrinə bənzəsə belə, keyfiyyət baxımından qısa ömürlüdür. Təbii olaraq, qısa zaman ərzində daha çox ehtiyat hissəsi dəyişdirilməsinə ehtiyac yaranır. 

Bundan əlavə bu ehtiyat hissələri lazımi möhkəmliyə sahib olmadığından həm can, həm də avtomobilinizin təhlükəsizliyi baxımından istifadəsi risklidir. 

BİR TOXUNUŞ EHTİYAT HİSSƏ YOXLAMASI

Aldığınız ehtiyat hissəsinin original olub, olmaması haqqında sadəcə bir kliklə məlumat alın! Peugeot istehsal etdiyi hər ehtiyat hissəsi haqqında ayrı-ayrılıqda qeyd aparır. Beləliklə aldığınız ehtiyat hissəsi haqqında sorğunu sistem üzərindən göndərə bilər və hissənin original olmasına dair təminatı birbaşa istehsalçısından ala bilərsiniz. Ehtiyat hissələrinin orijinallığını iki üsulla yoxlaya bilərsiniz:  

Məhsulun qutusu üstündəki QR kodu oxudaraq. Linkə toxunmaqla yönləndirilən səhifəni izləyin. 

EUROREPAR EHTİYAT HİSSƏLƏRİ:  

2120

KEYFİYYƏT, QİYMƏT VƏ PERFORMANS BİR YERDƏ

EUROREPAR ehtiyat hissələri Peugeot’nun 3 yaş və daha yuxarı avtomobillərinin baxım və servis işləri üçün təklif etdiyi həlldir. 2 il istehsalçı təminatı ilə ehtiyat hissələri və işçilik, münasib qiymət təminatı.
Peugeot’nun 3 yaş və daha yuxarı bütün avtomobillərini əhatə edən geniş məhsul çeşidləri.

HƏR ŞEYDƏN ƏVVƏL TƏHLÜKƏSİZLİK
EUROREPAR ehtiyat hissələrimiz istehsalçı tərəfindən zəmanət.*
Bu ehtiyat hissələri sağlamlıq, rahatlıq, estetik və performans baxımından keçərli bütün standartlara uyğundur. Ehtiyat hissələrimizin təhlükəsizliyini xüsusi önəm veririk.

TƏSİREDİCİ KEYFİYYƏT
EUROREPAR ehtiyat hissələri keyfiyyət və mühəndislik sahələrindəki təcrübələri sayəsində seçilmiş istehsalçılar tərəfindən istinad edilməkdə və satış sonrası (istehsal müddətinin yoxlanması, istehsalçıların ISO TS sertifikatları ilə əlaqədar öhdəlikləri) bilgiləriylə tanınmaqda olan keyfiyyət və texniki mütəxəssislərimiz tərəfindən təsdiq olunur.
BÜDCƏNİZ NƏZARƏT ALTINDA
Birlikdə təklif edilən performans, keyfiyyət və qənaət 3 yaş və daha yuxarı olan avtomobillərdə ən yaxşı təklifi almağınızı və bundan faydalanmağınızı təmin edir.
EUROREPAR EHTİYAT HİSSƏLƏRİ

Avtomobilinizdəki bütün hissələr və strukturları əhatə edir:
ƏYLƏC SİSTEMİ: Qəliblər, disklər.
ASQI / SÜKAN: Amortizatorlar, diyircəkli yastıqlar.
ŞÜŞƏSİLƏNLƏR: Şüşəsilənlərin rezinləri.
QAYIŞLAR: Qayış, mühərrikin çöl kəməri, su pompası.
SƏSBOĞUCU: Susdurucu, katalizatorlar.
MUXTA
İŞƏSALMA / ALIŞDIRMA: Akkumulyator batareyası, dinamo, starter, alışma şamları.
FİLTER SİSTEMİ: Hava, salon filteri, benzin, yağ, dizel filterləri.
KONDİSİONER SİSTEMİ: Kondensatorlar, havakeş.
MAYELƏR: Mühərrik yağları, soyuducular, əyləc, şüşəsilən mayesi.
*Hər ehtiyat hissəsinin zəmanət müddətini öyrənmək üçün Peugeot Rəsmi Dileri ilə əlaqə saxlayın.